
Bakı. Trend:
Alyaskada ABŞ ilə keçirilən sammit zamanı Rusiya Vaşinqtonun
xahiş etdiyi kimi, Ukrayna münaqişəsinin həllində çeviklik nümayiş
etdirməyə hazır olduğunu təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin
Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat iclasında
deyib.
“Alyaskadakı görüşün əsas məqsədi Ankoricdəki danışıqlar zamanı
müəyyən çətin məsələlərə və çətinliklərə baxmayaraq, bu təkliflərlə
razı olduğumuzu və təklif olunan çevikliyi nümayiş etdirməyə hazır
olduğumuzu təsdiqləmək olub”, – deyə V.Putin bildirib.

