
ABŞ-nin Ukrayna böhranı ilə bağlı həll planı ümumi şəkildə müzakirə edilir.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşdə belə deyib. O, Vaşinqtonun təklif etdiyi planın ictimaiyyət qarşısında ətraflı müzakirə olunmadığını bildirib. Putin bildirib ki, həll planı barədə ətraflı ictimai müzakirə aparılmadır. Rusiya lideri ABŞ Prezidenti Donald Trampın təklif etdiyi sülh planının Alyaskanın Ankoric şəhərində keçirilən görüşdən əvvəl gündəmdə olduğunu bildirib. Putin Ankoricdəki danışıqlar zamanı Ukrayna böhranının həlli üçün çevik yanaşma qəbul etməyə hazır olduqlarını ifadə edib.
O, “Bəzi çətin və mürəkkəb məsələlərə baxmayaraq, biz bu təkliflərlə prinsipcə razı olduğumuzu və bizə təklif olunan çevikliyi nümayiş etdirməyə hazır olduğumuzu təsdiqlədik”, – deyə bildirib.

