
Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampa
zəng edərək ABŞ-ın Ukrayna ilə bağlı yeni planını müzakirə
edib.
Trend-in
məlumatına görə, bu barədə “Bild” qəzeti Almaniya kabinetinin rəsmi
nümayəndəsi Ştefan Korneliusa istinadnən xəbər verib.
“Bu, etimada əsaslanan və ətraflı telefon danışığı olub”, – deyə
o bildirib. Hökumət nümayəndəsinin sözlərinə görə, “Trampla
məsləhət səviyyəsində əlavə addımlar razılaşdırılıb”.
“Merts hazırda danısığın məzmunu barədə avropalı tərəfdaşlarına
məlumat verəcək”, – deyə Korenlius bildirib.

