Yasamaldakı yanğında dünyasını dəyişənlərdən biri Milli Geyim Evinin rəhbəridir

Baş səhifə

Bakı. Trend:

Bakı şəhəri Yasamal rayonundakı çoxmərtəbəli yaşayış binasında
baş verən yanğın nəticəsində 3 nəfərin həlak olub.

Trend-in
məlumatına görə, həyatını itirənlərdən biri – 1977-ci il təvəllüdlü
Hümbətova Könül Vəlibəy qızı (Könül Vəlibəyli) Bakı Milli Geyim
Evinin rəhbəri olub.




Qeyd edək ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Mərkəzindən bildirilib ki, yanğınla bağlı çağırış ünvanına 18
təcili tibbi yardım briqadası cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi
xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi
Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5
nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya
olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam
etdirilir. 3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb”, –
deyə qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir