
Bakı. Trend:
Bakının Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyatın hərəkəti
bərpa olunub.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bildirib.
xxx
20:47
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal
rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında
yanğın baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində
əməliyyat davam edir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Trend-ə verilən məlumata görə, sözügedən yanğınla
əlaqədar Mirəli Seyidov küçəsi istiqamətində nəqliyyat
vasitələrinin hərkəti yol polisi əməkdaşları tərəfindən
qısamüddətli məhdudlaşdırılıb.
Sürücülərdən qeyd edilənləri nəzərə almaları xahiş edilib.

