Yasamalda yanğından sonra bina sakinləri təhlükəsizlik məqsədilə içəri buraxılmır

Baş səhifə

Yasamalda yanğın tam söndürülsə də, təhlükəsizlik səbəbindən bina sakinlərinin içəri daxil olmasına icazə verilmir.

APA-nın əldə etdiyi məlumata görə, sakinlərin böyük hissəsi gecəni yaxınlarının evlərində keçirəcək, digərləri isə onlar üçün ayrılan yerlərdə gecələyəcəklər.

Hazırda bu vəziyyətin nə qədər davam edəcəyi məlum deyil. Ərazi polis əməkdaşları tərəfindən nəzarət altındadır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir