
Bakı. Trend:
İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında
keçirilən qitə birinciliyinin üçüncü günündə milli komandamızın
üzvü Elcan Əliyev (78 kq) bütün rəqiblərini üstələyərək qızıl medal
qazanıb.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, özünəinamlı
çıxışı ilə seçilən digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə
gümüş medal əldə edib!
Bununla da taekvondoçularımızın Avropa birinciliyində qazandığı
ümumi medal sayı 5-ə (2 qızıl, 1 gümüş, 2 bürünc) çatıb: İlyas
Hətəmli (48 kq) – qızıl medal, Elcan Əliyev (78 kq) – qızıl medal,
Vasif Səlimov (68 kq) – gümüş medal, Mehdi Budaqlı (45 kq) – bürünc
medal, Novruz Əliyev (51 kq) – bürünc medal.
Azərbaycan komandası ümumi hesabında oğıanlar arasında birinci
yeri tutaraq kuboka layiq görülüb. Yarışda çempion adını qazanan
milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) yarışın ən yaxşı
idmançısı, beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva yarışın
ən yaxşı qadın hakimi seçilib.

