
Bakı. Trend:
Livan İsrailin öz ərazisinə hücumlarına son qoymaqda maraqlıdır
və sülhə və sabitliyə gətirib çıxaracaq bir həll formulu hazırlamaq
üçün danışıqlara başlayacaq.
Trend-in
məlumatına görə, bu barədə Livan Prezidenti Cozef Aun respublikanın
müstəqilliyinin 82-ci ildönümü münasibətilə televiziyada çıxışı
zamanı deyib.
“Sərhədlərimizin təhlükəsizliyini təmin edəcək hərbi
əməliyyatların daimi dayandırılması barədə razılığa gəlmək
məqsədilə BMT, ABŞ və ya birgə beynəlxalq sponsorluq altında
danışıqlara hazır olduğumuzu təsdiqləyirəm”, – deyə siyasətçi
bildirib.
C.Aun həmçinin qeyd edib ki, “Livan digər ərəb ölkələri ilə
birlikdə Fələstin məsələsinin həlli üçün sülh prosesində iştirak
etməyə hazırdır”.
Livan prezidentinin sözlərinə görə, ölkə hazırda “yeni, bərpa
olunmuş müstəqillik uğrunda” mübarizə aparır.

