
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata
keçirdiyi kompleks tədbirlər çərçivəsində tərkibində psixotrop və
güclü təsir edən maddələrin olduğu xeyli miqdarda dərman
vasitəsinin qanunsuz şəkildə ölkə ərazisinə gətirilməsi cəhdinin
qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsindən Trend-ə
verilən məlumata görə,Təbriz – Bakı aviareysi ilə gələn Azərbaycan
Respublikası vətəndaşlarının əl yüklərinə stasionar rentgen qurğusu
vasitəsilə baxış keçirilib və monitorda dərman vasitələrinin
təsvirləri müşahidə olunub.
Qanunvericiliyə uyğun olaraq əl yüklərində aparılan gömrük
yoxlaması zamanı 8430 ədədinin tərkibində psixotrop və güclü təsir
edən maddələr olan 77 qutu və 15070 həbdən ibarət 33 adda dərman
vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

