Azərbaycandan Yunanıstana neft ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Yunanıstana 268,5
milyon dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 500,7 min
ton xam neft və neft məhsulları ixrac edilib.

Trend bu barədə
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
dəyər ifadəsində 123,7 milyon ABŞ dolları və ya 1,9 dəfə, həcminə
görə isə 272,5 min ton və ya 2,2 dəfə çoxdur.




Hesabat dövründə Yunanıstan Azərbaycan neftinin ən çox ixrac
olunduğu ölkələr arasında 8-ci yeri tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
10,9 milyard ABŞ dollarından çox dəyərdə 20,8 milyon tona yaxın xam
neft və neft məhsulu ixrac edib.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici pul
ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə
182,6 min ton (0,9%) artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir