
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 26 min 240,8 ton kolbasa məmulatları istehsal edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % çoxdur.
Noyabrın 1-nə ölkədə 18,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,9 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 4 milyard191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

