
Bakı. Trend:
Azərbaycan Yazıçılar Birliyinin Xəzər (Bakı) bölməsinin sədri,
şair, qəzəlxan, tədqiqatçı, şeirşünas Əliyev Arif Rauf oğlu (Arif
Buzovnalı) vəfat edib.
Trend xəbər
verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat
veriblər.
Şairin bu gün uzun sürən ağır xəstəlikdən yaşadığı evdə
dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Arif Əliyev 1972-ci il sentyabrın 6-da Xəzər
rayonunun Buzovna qəsəbəsində anadan olub.

