Naxçıvanda yeni yarımstansiya tikiləcək

Baş səhifə

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin
yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə
tutulur.

Trend
“Azərenerji” ASC-yə istinadən xəbər verir ki, qurum yaxın illərdə
Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın
tikintisini planlaşdırır.




Bildirilib ki, bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə
ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi,
Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və
Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına
birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur.

“Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km
hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq
“Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması
üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib”, –
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir