
Bakı. Trend:
Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated
Brent” xam neft markalarının orta qiymətlərində artım, “Urals” (EX
NOVO) markalı xam neftin orta qiymətində isə azalma qeydə
alınıb.
Trend xəbər
verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan
“Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə
müqayisədə 1,06 ABŞ dolları və ya 1,6 faiz artaraq, bir barelə görə
67,56 ABŞ dolları təşkil edib.
Həftə ərzində maksimum qiymət bir barelə görə 68,00 ABŞ dolları,
minimum qiymət isə 66,51 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı
neftin orta qiyməti bir barelə görə 65,42 ABŞ dolları olub ki, bu
da əvvəlki həftənin göstəricisindən 1,11 dollar və ya 1,73 faiz
çoxdur. Həftə ərzində maksimum qiymət 65,82 dollar, minimum isə
64,43 dollar təşkil edib.
“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə
1,47 dollar və ya 2,85 faiz azalaraq, bir barelə görə 50,06 ABŞ
dolları olub. Həftə ərzində maksimum qiymət 52,13 dollar, minimum
isə 47,14 dollar təşkil edib.
“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 63,30
ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən
0,36 dollar və ya 0,57 faiz çoxdur. Həftə ərzində bu markalı xam
neftin bir barelə görə maksimum qiyməti 63,66 dollar, minimum
qiyməti isə 62,38 dollar olub.
|
Neft / tarix |
17.10.2025 |
18.10.2025 |
19.10.2025 |
20.10.2025 |
21.10.2025 |
Orta qiymət |
|
Azeri LT CIF |
$67,93 |
$68,00 |
$67,67 |
$67,69 |
$66,51 |
$67,56 |
|
Azeri Light FOB Ceyhan |
$65,72 |
$65,82 |
$65,55 |
$65,60 |
$64,43 |
$65,42 |
|
Urals (EX NOVO) |
$52,13 |
$51,65 |
$50,08 |
$49,31 |
$47,14 |
$50,06 |
|
Dated Brent |
$63,66 |
$63,55 |
$63,35 |
$63,54 |
$62,38 |
$63,30 |

