
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında olan somalili
miqrantların Birləşmiş Ştatlar ərazisində müvəqqəti yaşama hüququ
verən statatusunu ləğv edəcəyini açıqlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Trampın sözlərinə görə, onun qaçqın proqramında apardığı
ixtisarlar məhz cinayət hallarına qarşı profilaktik tədbir
xarakteri daşıyır.
“Bununla Minnesotada olan somalililərin Müvəqqəti Qorunma
Statusunu ləğv edirəm, sənəd imzalandığı andan etibarən qüvvəyə
minir”,- deyə Tramp “Truth Social” platformasında yazıb.
O, somalili quldur dəstələrinin yerli sakinlərə zərər vurduğunu
bildirib.

