Azərbaycanda meyvə şirəsi istehsalı artdı

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 milyon 519,5 min dekalitr meyvə şirəsi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.

Bundan başqa, hesabat dövrünə Azərbaycanda 145 min 094,6 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 2 % azdır.

Noyabrın 1-nə ölkədə 441,2 min dekalitr meyvə şirəsi ehtiyatı, 26 min 069,7 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 31,8% və 2,8 % azdır.

Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir