
Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən
çoxmərtəbəli yaşayış binasında baş verən yanğında ölən Samir
Məhəmmədov binanın Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin
(MMMC) sədri olub.
Bu barədə Trend-ə bina sakinləri məlumat verib.
Sakinlərin məlumatına görə, yanğında həyatını itirən şəxs binada
sakinlər tərəfindən seçilib.
Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq
ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7
nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının
vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

