Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Fransaya 143,1
milyon ABŞ dolları həcmində bitumlu süxurlardan əldə olunmuş 281,1
min ton xam neft və neft məhsulları ixrac olunub.

Bu barədə Trend
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 86 milyon dollar və ya 2,5 dəfə, həcm baxımından isə
191,4 min ton və ya 3,1 dəfə çoxdur.




Qeyd olunan dövr ərzində Fransa Azərbaycanın ən çox neft ixrac
etdiyi ölkələrin arasında 12-ci yeri tutub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
20,8 milyon tona yaxın xam neft və neft məhsulu ixrac edib və bu
ixracın dəyəri 10,9 milyard ABŞ dollarını ötüb.

2024-cü ilin analoji dövrü ilə müqayisədə bu göstərici pul
ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə
182,6 min ton (0,9%) artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir