
Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində
çoxmərtəbəli yaşayış binasında baş verən yanğının restorandan
başladığına dair iddialar var.
Səsləndirilən iddialarla bağlı “Loft” restoranının
administratoru Trend-ə bildirib ki, restoranın şaxtası yoxdur.
“Hazırda aidiyyəti qurum tərəfindən restoran bağlanıb. Əlavə
məlumat yoxdur”.
Qeyd edək ki, hadisə nəticəsində tüstüdən 3 nəfər boğularaq
ölüb, azı 20 nəfər isə zəhərlənib. Hazırda zəhərlənənlərdən 7
nəfərin müalicəsi KTM-in Toksikologiya şöbəsində davam etdirilir.
Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının
vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

