Mingəçevir şəhərində yol qəzası oldu

Baş səhifə

Mingəçevirdə yol qəzası olub, avtomobillərdən biri yaşıllıq zolağına girib.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesinin giriş hissəsində baş verib.

“Mersedes” markalı iki avtomobilin toqquşması zamanı idarəetmədən çıxan maşınlardan biri işıq dirəyinə çırpılıb, daha sonra dəmir məhəccəri aşaraq yaşılllq zolağına düşüb.

Qəza zamanı xəsərət alan olmasa da avtomobilə və şəhər təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir