
Bakı. Trend:
Xaçmaz rayonunda 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı
günü münasibəti ilə tədbir keçirilib.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat
verilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli
hüquq-mühafizə orqanlarının rəhbərləri və Ədliyyə Nazirliyinin
regionda fəaliyyət göstərən əməkdaşları iştirak edib.
İştirakçılar əvvəlcə Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider
Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla
anıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev peşə
bayramı münasibəti ilə bütün ədliyyə işçilərini təbrik edib,
fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, Ümummilli Lider
Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən
ölkəmizdə hər il 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı
günü kimi qeyd olunur. Prezident İlham Əliyevin diqqət və qayğısı
sayəsində ədliyyə orqanlarının maddi-texniki bazası daha da
gücləndirilib, əməkdaşların iş şəraiti yaxşılaşdırılıb, uğurlu
islahatlar nəticəsində ədliyyə sistemi keyfiyyətcə yeni mərhələyə
qədəm qoyub.
Tədbirdə çıxış edən natiqlər Azərbaycanın ədliyyə orqanlarının
şərəfli tarixindən, insan hüquq və azadlıqlarının qorunması
istiqamətində görülən tədbirlərdən danışıblar.
Sonda bir qrup ədliyyə işçisinə Xaçmaz Rayon İcra Hakimiyyətinin
Fəxri Fərmanı təqdim olunub.

