Rumıniya ordusu qırıcılarını havaya qaldırıb

Baş səhifə

Bakı. Trend:

Rumıniya ordusu iki “F-16 Fighting Falcon” qırıcısını havaya
qaldırıb.

Trend xəbər verir
ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, Borçedə yerləşən 86 saylı aviabazadan döyüş
təyyarələrinin qaldırılmasının məqsədi Ukrayna ilə sərhəddəki hava
məkanının yoxlanılması olub.




Belə ki, bundan əvvəl Ukrayna-Rumıniya sərhədində döyüş
əməliyyatlarının gücləndiyi və sərhədyanı İzmayıl şəhərinin
ərazisində pilotsuz uçuş aparatlarının göründüyü barədə məlumatlar
yayılmışdı.

Bununla belə Müdafiə Nazirliyi bildirib ki, dronların
Rumıniyanın hava məkanına daxil olması qeydə alınmayıb və qırıcılar
yerli vaxtla 03:42 radələrində hava bazasına geri qayıdıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir