Azərbaycanda maye qazların istehsalı 14%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 190 min ton maye
qaz istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 23,7 min ton və ya 14,2% çoxdur. Keçən ilin eyni
dövründə ölkədə 166,3 min ton maye qazlar istehsal edilmişdi.




Bu ilin noyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 2,6 min
ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 4,563 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir