Azərbaycanda mis konsentratı istehsalı 30 dəfəyə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 3 330 ton mis
konsentratı istehsal edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, mis konsentratı istehsalı ötən ilin eyni dövrü
ilə müqayisədə 3,2 min ton və ya 29,7 dəfə artıb.




Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 112 ton
mis konsentratı istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin noyabr ayının 1-nə ölkədə hazır mis
konsentratı ehtiyatının miqdarı 251,6 ton olub.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda mədənçıxarma
sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir