Azərbaycanda metal filizlərin hasilatı 39%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 556,9 milyon
manatlıq metal filizləri hasil edilib.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, metal filizlərin hasilatı ötən ilin eyni dövrü
ilə müqayisədə 38,7% artıb.




Bundan əlavə, dövr ərzində sahənin əsas məhsulu olan əmtəəlik
neft hasilatı 23 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 32,3
milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb, əmtəəlik qaz hasilatı
isə 1,7 faiz artıb.

Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda mədənçıxarma
sənayesində istehsalın ümumi dəyəri 32 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir