
Bakı. Trend:
Mütləq Döyüşçü Çempionatının (UFC) sabiq çempionu, əlbəyaxa
döyüş sənətləri ustası Həbib Nurməhəmmədovun papaqları “Telegram”da
hərraca çıxarılacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu “Telegram” messencerinin təsisçisi
Pavel Durov elan edib.
Hərracın bu gün Bakı vaxtı ilə 21:00 keçiriləcəyi
bildirilir.
“Həbibin əfsanəvi papaqları – adət-ənənə, azadlıq və hörməti
simvolizə edən kolleksiya predmetləri “Telegram”da hərraca
çıxarılacaq”, – deyə Durov yazıb.
Qeyd edək ki, Həbib UFC-də son döyüşünü 2020-ci ilin payızında
keçirib. O, Castin Qeyciyə qalib gəlib və peşəkar idman karyerasını
başa vurub. Döyüşçü 2018-ci ildə yüngül çəki kateqoriyasında
İrlandiyalı Konor MakQreqora qalib gəlməklə UFC çempionu kəmərini
qazanmışdı.

