Azərbaycan kakao idxalı artdı

Baş səhifə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 121,026 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan həmçinin 10,051 milyon ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 0,5 % çoxdur.

Kakao və ondan hazırlanan məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,63 %-ni, ixrac isə ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

Xatırladaq ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6% artıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir