Braziliyanın keçmiş prezidenti həbs edilib

Baş səhifə

Bakı. Trend:

Braziliyanın 2019-2022-ci illərdə dövlət başçısı olmuş Jair
Bolsonaro həbs olunub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Dövlət çevrilişi işi üzrə 27 il müddətinə azadlıqdan məhrum
edilmiş keçmiş prezident buna qədər şərti azadlıqda – ev
dustaqlığında idi.

Bolsonaro 2023-cü ilin yanvarında Lula da Silvanın hakimiyyətə
gəlməsinin qarşısını almaq məqsədilə bir qrup şəxslə əlbir olmaqda
təqsirli bilinib. Oktyabrın sonunda Bolsonaronun vəkilləri
respublikanın Ali Məhkəməsinə (STF) apellyasiya şikayəti
vermişdilər. Müdafiə tərəfi siyasətçinin 27 il müddətinə azadlıqdan
məhrum edilməsi ilə bağlı məhkəmə qərarında səhvlərin olduğunu
iddia edirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir