
Bakı. Trend:
Braziliya polisi ölkənin keçmiş prezidenti Jair Bolsonarunu həbs
edib.
Trend xəbər verir
ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumata görə, Bolsonaru şənbə günü həbs olunub və Braziliya
şəhərinin polis idarəsində saxlanılıb.
Federal polis açıqlamasında Bolsonarunun adını çəkmədən, yalnız
Ali Məhkəmənin qərarına əsasən order verildiyini və həbsin
qabaqlayıcı tədbir kimi həyata keçirildiyini bildirib.
Braziliya hökuməti sabiq lideri oğlu, senator Flavio
Bolsonarunun cümə günü atasına dəstək aksiyasına çağırışından sonra
həbs etmək qərarına gəlib.
Siyasətçinin 70 yaşının olması və sağlamlıq vəziyyətinin
ağırlaşması səbəbilə onun vəkilləri cəzanın ev dustaqlığında
çəkilməsinə israr ediblər.

