
Bakı. Trend:
ABŞ və Çin silahlı qüvvələrinin nümayəndələri Havay ştatında
görüşərək dəniz və hava təhlükəsizliyi məsələlərini müzakirə
ediblər.
Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, danışıqlar 18-20 noyabr
tarixlərində keçirilib.
Bildirilib ki, tərəflər səmimi və konstruktiv müzakirələr
apararaq əsasən dənizdə və havada mövcud təhlükəsizlik vəziyyəti
barədə fikir mübadiləsi ediblər.
Görüş zamanı Çin ABŞ-nin naviqasiya əməliyyatlarının azadlığını
tənqid edib. ABŞ qüvvələri Çinin suverenlik iddia etdiyi Tayvan
boğazı və Cənubi Çin dənizi sularında fəaliyyət göstərir. Çin Hərbi
Dəniz Qüvvələri Pekinin hər hansı pozuntuya və təxribatlara qarşı
çıxdığını bəyan edib.

