Bakıda daha binada yanğın oldu, sakinlər təxliyə edildi

Baş səhifə

Binəqədi rayonu, Mehdiabad qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 61 kv.m olan ikiotaqlı mənzilin 1 otağının ev əşyaları 10 kv.m sahədə yanıb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 1-i azyaşlı olmaqla 5 nəfər bina sakini təxliyə olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir