
Bakı. Trend:
Transfer çalışmalarını davam etdirən “Qalatasaray” heyətinə daha
bir legioneri cəlb etməyi planlaşdırır.
Trend xəbər verir
ki, İstanbul təmsilçisi Fil dişi Sahilindən olan futbolçu Frank
Kessyeni ilə maraqlanır.
Artıq futbolçunun meneceri ilə danışıqlar aparılır. Razılıq əldə
olunarsa, yayda 28 yaşlı Kessyeni “Qalatasaray”la 2+1 illik
müqavilə imzalayacaq.
Futbolçu karyerası ərzində “Stella Klub” (Fil dişi Sahili),
“Atalanta”, “Çezena”, “Milan” (hamısı İtaliya) və “Barselona”
(İspaniya) klublarında çıxış edib. 2023-cü ildə isə o, “Əl-Əhli”
ilə 3 illik müqavilə bağlamışdı.

