
Fransa Prezidenti Emmanuel Makron “İstəklilər Koalisiyası”nın Çərşənbə axşamı günü video konfrans vasitəsilə görüşəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
“Makron Ukraynanı dəstəkləyən “İstəklilər Koalisiyası”nın Çərşənbə axşamı günü video konfrans keçirəcəyini açıqladı”, – məlumatda deyilir.
Qeyd edək ki, sentyabr ayında Parisdə Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə “İstəklilər Koalisiyası”nın iclası keçirilib.
Zirvə görüşündən sonra Fransa lideri 26 ölkənin atəşkəsdən sonra Ukraynada çəkindirici qüvvələr yerləşdirmək istəyini bildirdiyini açıqlayıb.

