Kir Starmer Donald Trampla Ukrayna planını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald
Trampla telefon danışığı apararaq Ukraynadakı münaqişənin həlli ilə
bağlı Amerika planını müzakirə edib.

Trend xəbər verir
ki, bu barədə “Sky News” məlumat yayıb.




Liderlər danışıqlar qruplarına 23 noyabrda Cenevrədə keçiriləcək
görüşdə Ukrayna planını müzakirəyə davam etməyi tapşırıb.

Qeyd olunur ki, Starmer Trampla danışıqdan əvvəl Ukrayna
Prezidenti Volodimir Zelenskiyə zəng edib. Britaniya Baş nazirinin
sözçüsü əlavə edib ki, Starmer və Tramp noyabrın 23-də yenidən
telefon danışığı aparmağı planlaşdırırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir