
Bakı. Trend:
Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 3,8 bal
gücündə zəlzələ baş verib.
Trend xəbər verir
ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması
Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 00:29-da baş verib və
5,25 kilometr dərinliyə çatıb.
Qeyd olunur ki, Balıkəsirin Sındırgı rayonu AFAD tərəfindən
fəlakət bölgəsi elan olunub.

