“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır – Antonio Konte

Baş səhifə

Bakı. Trend:

İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA
Çempionlar Liqasının əsas mərhələsinin V turunda rəqibləri olan
Azərbaycan çempionu “Qarabağ” barədə danışarkən onları bu mövsümün
sürpriz komandası adlandırıb.

Trend xəbər verir
ki, mütəxəssis matça ciddi hazırlaşdıqlarını qeyd edib: “Enerjimizi
bərpa etməli və bu yeni çağırışa hazırlaşmalıyıq”.




Qeyd edək ki, “Napoli” – “Qarabağ” görüşü noyabrın 25-dən 26-na
keçən gecə Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda
keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir