Poqba 14 ay sonra ilk dəfə meydana çıxıb

Baş səhifə

Bakı. Trend:

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba uzun fasilədən sonra ilk
oyununa çıxıb.

Trend-in
məlumatına görə, futbolçu Fransa Liqasının 13-cü turunda “Renn”ə
qarşı keçirilən matçın (1:4) 85-ci dəqiqəsində Mamadu Koulibalini
əvəz edib.

Xatırladaq ki, Poqba 2024-cü ilin fevralında antidopinq
qaydalarını pozduğu üçün dörd il müddətinə futboldan
kənarlaşdırılmışdı. Lakin oktyabr ayında İdman Arbitraj Məhkəməsi
bu cəzanı 18 aya endirdi.




32 yaşlı yarımmüdafiəçi iyun ayında “Monako” ilə müqavilə
imzalayıb. O, son dəfə 3 sentyabr 2023-cü ildə “Yuventus”un
heyətində rəsmi oyuna çıxmışdı.

Poqba 2018-ci il Dünya çempionatının qalibi və 2016-cı il Avropa
çempionatının gümüş mükafatçısıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir