
Türkiyə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi edəcək.
Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, bütün tərəflər COP31 Tərəflər Konfransının gələn il Türkiyədə keçirilməsi, COP31-in sədrliyini Ankaranın, danışıqlara isə Avstraliyanın sədrlik etməsi ilə bağlı razılığa gəliblər.
BMT-nin rəhbərliyi ilə 2026-cı ilə planlaşdırılan danışıqların qlobal iqlim gündəliyinin müzakirələri Antalyada baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

