Rubio ABŞ-ın planını Ukrayna üzrə danışıqlar üçün “möhkəm əsas” adlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Dövlət katibi Marko Rubio Vaşinqtonun təklif etdiyi planı
Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün “möhkəm
əsas” adlandırıb.

Trend xəbər verir ki, bu
barədə Rubio X sosial şəbəkəsində yazıb: “Sülh təklifi ABŞ
tərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün möhkəm əsas
kimi təqdim olunub”.




“Reuters”in Dövlət Departamentinin sözçüsünə istinadla yaydığı
məlumata görə, Rubio şənbə günü Vaşinqtondan Cenevrəyə yola düşüb.
Burada Vaşinqtonun təklif etdiyi nizamlanma planı üzrə aparıcı Aİ
ölkələri, həmçinin ABŞ və Ukrayna nümayəndələri ilə danışıqlar
noyabrın 23-nə planlaşdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir