"Liverpul"dan anti-rekord: son 60 ilin ən pis nəticəsi

Baş səhifə

İngiltərə Premyer Liqasının 12-ci turunda “Nottingem Forest”ə 3:0 hesabı ilə məğlub olan “Liverpul” yarışda son 60 ilin ən pis nəticəsinə görə anti-rekorda imza atıb.

Modern.az bu barədə “Opta Sport” statistika portalına istinadən xəbər verir.

“Liverpul” 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) aldılar. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.

“Liverpul” hazırda 18 xalla İngiltərə çempionatının 11-ci pilləsində qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir