Yasamaldakı yanğının nəticəsi – təkrarlanmayacaq foto

Baş səhifə

Noyabrın 21-də Yasamal rayonunda baş verən güclü yanğın zamanı həlak olan şəxslərdən birinin Samir Kamal oğlu Məhəmmədov olduğu müəyyənləşdirilib.

Modern.az xəbər verir ki, hazırda mərhumun ailə üzvləri də xəstəxananın reanimasiya şöbəsində müalicə alırlar.

Onun övladları – 2021-ci il təvəllüdlü Məhəmməd Mikayıl Samir oğlu və Məhəmməd Daniel Samir oğlu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində tibbi nəzarət altındadır.

Qeyd edək ki, yayılan foto həmin binada yaşayan jurnalist Heydər Mirzə tərəfindən sosial şəbəkə hesabında paylaşılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir