Tramp demokratları ağır cinayətdə ittiham etdi

Baş səhifə

ABŞ Prezidneti Donald Tramp demokratları ağır cinayətdə ittiham edib.

Modern.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında paylaşımında bildirib.

Donald Tramp vurğulayıb ki, hərbçiləri Prezidentə tabe olmamağı çağıranlar hazırda həbsdə olmalıdır. ABŞ Prezidenti onların hazırda “feyk xəbər şəbəkələrinə müsahibələr verib özlərini müdafiə etməyə çalışdıqlarını” qeyd edərək bunun qəbuledilməz olduğunu vurğulayıb: “Həmin şəxslərin atdığı addımlar “yüksək səviyyəli təhrikçilik”dir və belə təhrikçilik ağır cinayət sayılır. Bir çox tanınmış hüquqşünaslar da mənim mövqeyimlə razıdır və hərbçilərə Prezidentin əmrlərinə qarşı çıxmaq barədə göstəriş verən satqın demokratlar ağır cinayətə yol veriblər”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir