“Qalatasaray” bir gecədə iki şok yaşadı

Baş səhifə

Dünən “Gənclərbirliyi”ni İstanbulda qonaq edən sarı-qırmızılılar rəqib üzərində vacib qələbə qazansalar da, meydanı məyus tərk etdilər.

Metbuat.az xəbər verir ki, “Gənclərbirliyi” ilə matçda İstanbul klubunun iki futbolçusu zədələnərək oyunu yarımçıq tərk edib.

Ulduz futbolçu Mario Lemina 13-cü dəqiqədə zədələnərək komandasını vacib oyunda köməksiz qoyub. 32 yaşlı futbolçunu Yusuf Dəmir əvəzləyib.

40-cı dəqiqədə isə zədə üzündən Sinqo matça davam edə bilməyib. Onun yerinə meydana Maruo İkardi çıxıb.

Hər iki futbolçunun noyabrın 25-də oynanılacaq “Yunion” və dekabrın 1-də baş tutacaq “Fənərbaxça” matçlarında meydana cıxıb-çıxmayacağı sual altındadır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir