
Norveçdə qohum evliliyi qanunla qadağan edilib.
Metbuat.az xəbər verir ki, Norveç hökuməti bu cür halların qarşısını almaq üçün daha sərt addımlar atmağa hazırlaşır. Bundan sonra əmisi, dayısı və xalasının övladları ilə evlənənlər 3 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Bununla bağlı Norveç parlamenti müvafiq qərar qəbul edib.
Qeyd edək ki, son illər ABŞ və Avropa ölkələrində qohum evliliyi geniş yayılıb. Bu tendensiya Norveçdə özünü daha qabarıq şəkildə büruzə verir. Qanun qohum evliliyini qadağan etsə də, insanlar dini nikah yolu ilə izdivaca girirlər.
Yeni qəbul edilən qanuna görə, bu cür hallar aşkarlandıqda cütlüklər 3 il həbs cəzasına məhkum ediləcəklər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

