
Ankaranın bələdiyyə sədri Mənsur Yavaş həbs təhlükəsi ilə üzləşib. İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğludan sonra onun ankaralı həmkarı Mənsur Yavaş da məhkum həyatı yaşaya bilər.
Metbuat.az xəbər verir ki, bununla bağlı hüquqi prosedur başladılıb. Türkiyənin Daxili İşlər Nazirliyi Ankara bələdiyyəsinin sədri barədə istintaq hərəkətinin aparılmasına icazə verib.
Mənsur Yavaş vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır.
Yavaş barəsində hüquqi müstəvidə araşdırma aparılmasından narahat olmadığını deyib: “İndiyə kimi mənimlə bağlı prokurorluğa 95 dəfə şikayət olunub. Seçicilərin yanında üzüm ağdır”.
Qeyd edək ki, Mənsur Yavaş Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının üzvüdür.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

