İranın AEBA ilə əməkdaşlıqda vasitəçiyə ehtiyacı yoxdur – Bəqai

Baş səhifə

Bakı. Trend:

İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə qarşılıqlı
əməkdaşlıq etməsində vasitəçiyə ehtiyacı yoxdur.

Trend-in
məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu
gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İranın Vyana şəhərində nümayəndəsi
fəaliyyət göstərir, İran AEBA-ya üzv ölkədir. İran öz mövqeyini
açıq şəkildə bəyan edir. AEBA rəsmiləri ilə dialoqda İran öz
mövqeyini bəyan edir və Nüvə Silahlarının Yayılmamasına dair
Sazişin (NPT) üzvü olduğuna görə, özünü öhdəlikli hesab edir.

Bəqai bildirib ki, ABŞ və İsrail İranın nüvə obyektlərinə hücum
etməklə İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlıq
prosesində problem yaratdılar.

İran və ABŞ arasında vasitəçilik və İran və AEBA arasında
hazırkı dalandan keçmək üçün növbəti müzakirəyə dair agentliyin baş
direktoru Rafael Qrossinin açıqlamasına münasibət bildirən İran XİN
rəsmisi əlavə edib ki, İran və AEBA arasında dalan yoxdur. İran
AEBA-nın üzvü olaraq tələbi olan ölkədir. İranın gözləntisi budur
ki, Agentliyin direktorları öz texniki məsuliyyətlərinə riayət edə
və təzyiqlərin agentliyi öz peşəkar istiqamətindən uzaqlaşdırmasına
imkan verməyə bilərlər.




“İran hazırda Nüvə Silahlarının Yayılmamasına dair Saziş və İran
parlamentinin qanunu çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq
Agentliklə əməkdaşlığı davam etdirir. Agentliklə dialoqlar bu
çərçivədə planlaşdırılacaq. Lakin unutmaq olmaz ki, Avropa
üçlüyünün İran əleyhinə qarşılıqlı addımı öz mənfi nəticələrini
göstərir. Bu mənfi nəticələrdən biri Qahirədə İran və AEBA arasında
əldə olunan razılaşmanın qüvvədən düşməsi idi”, – deyə o qeyd
edib.

Əlavə edək ki, 11 sentyabrda İran xarici işlər naziri Seyid
Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş
direktoru Rafael Qrossi Misir paytaxtı Qahirədə qarşılıqlı
əlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütün
yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar
barədə razılığa gəliblər.

Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı
qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının
digər qətnamələrini bərpa edib.

Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası
2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq
olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar
genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü
müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin
planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.
Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT
Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT
Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,
İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.
Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi
əməliyyat icazəsi verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir