
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Dəmiryol
nəqliyyatında qəzalar zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim
keçirib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, təlimə FHN-in Gəncə
Regional Mərkəzinin və Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Stansiyasının müvafiq qüvvələri cəlb olunub.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili
və aparılması qaydaları, o cümlədən nəqliyyat hadisələri zamanı
qəzaya uğramış qatarlardan və avtonəqliyyat vasitələrindən
zərərçəkmişlərin xilas edilməsi ilə bağlı xilasedicilərin bilik və
bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin
hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi
olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı
“deformasiyaya uğramış” nəqliyyat vasitəsindən “zərərçəkmişləri”
təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım” göstərib və
təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yekunda təlimin nəticələri təhlil olunub və müvafiq tapşırıqlar
verilib.

