
Moskvanın Vnukovo hava limanı bütün uçuşları dayandırıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilib ki, Vnukovo hava limanında təyyarələrin eniş və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Qeyd edilib ki, uçuş təhlükəsizliyini təmin etmək üçün Vnukovo hava limanında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

