Məşhur hakim “Qarabağ”ın oyununa təyinat aldı

Baş səhifə

UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriəcək “Napoli” – “Qarabağ” matçının hakimləri müəyyənləşib.

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı məşhur polşalı hakim Şimon Marçinyak idarə edəcək.

Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcək. 4-cü hakim isə niderlandlı Pol van Boekel olacaq. Daha bir məşhur hakim İvan Bebek isə VAR hakimi funksiyasını yerinə yetirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir