Ərdoğan sabah Putinlə telefonla danışacaq, Ukrayna böhranını müzakirə edəcək

Baş səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışacağını bildirib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Türkiyə Prezidenti bu barədə G20 Liderlər Zirvəsindən sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası üçün Türkiyə əlindən gələni edəcək: “Hazırda çoxqütblü dünya qarşıdurmalar içindədir. Yüz minlərlə insan həlak olub, Rusiya və Ukraynanın böyük itkiləri var. Biz isə mümkün qədər tez sülhə necə nail ola biləcəyimiz üçün çalışırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir